Sandro Onoprişvili - Elektrik enerjinin düşməsi bizim transformatorda baş verdi
Sandro Onoprişvili - Elektrik enerjinin düşməsi bizim transformatorda baş verdi

“Energo-Pro”-nun şəbəkəsində elektrik enerji gücünün düşməsi baş verməyib, bu bizim transformatorda baş verdi” – bu barədə bəyanatı Dağ kurortlarının inkişaf şirkətinin rəhbəri Sandro Onoprişvili verdi.

Onun dediyinə görə, şirkətdə çalışan əməkdaşların hazırlanması sistematik şəkildə həyata keçirilir.

“30-dan artıq əməkdaş “Doppelmayr” şirkətində treninq keçdi” – dedi Onoprişvili və qeyd etdi ki, onun müavini və bir operatorun fəaliyyət səlahiyyətləri öz ərizələri əsasında dayandırıldı.

“Bu insanlar öz məsuliyyətlərini dərk etdikləri üçün, vəzəfələrindən istefa etdilər” – dedi Onoprişvili.