Sandro Breqadze bəyan edir ki, "Kartuli Marşi" Gürcüstan kinoteatrlarında "Və biz rəqs etdik" filminin nümayişinə yol verməyəcək
“Kartuli Marşi” yol verməyəcək ki, noyabrn 8-də Gürcüstan kinoteatrlarında “Və biz rəqs etdik” filminin premyerası baş tutsun, – bu barədə “Kartuli Marşi”-nin liderlərindən biri, Sandro Breqadze bəyan etdi.
Breqadzenin dediyinə görə, “onların əsas hədəfi “Amirani” kinoteatrı olacaq”. Onun bəyan etdiyinə görə, “Kartuli Marşi” sülh forması ilə kinoteatrın təcridini planlaşdırır. Elə onun dediyinə görə, filmin nümayişinə bölgələrdə də etiraz edəcəklər.
Bununla yanaşı Sandro Breqadze Gürcüstan Pravoslav Kilsəsinə müraciət edir ki, çıxsınlar və filmin nümayişinə maniəçilik törətsinlər.