Sandro Bazadze Polşanın Krakov şəhərinin ev sahibliyi etdiyi üçüncü Avropa Oyunlarında qızıl medal qazanıb.
Finalda Gürcüstanı təmsil edən qılıncoynadan ev sahibi ölkənin təmsilçisi Kşiştop Kachkovski ilə üz-üzə gəlib.
Dramatik və gərgin final keçici üstünlüklə irəliləyirdi. Lakin sonda Sandro Bazadze yenə də rəqibinə qalib gəldi (15:13), çempionluğu bayram etdi və üçüncü Avropa Oyunlarında Gürcüstana ilk qızıl medalı qazandırdı.
Xatırladaq ki, bu yaxınlarda, iyunun 17-də gürcü qılıncoynadan ardıcıl ikinci dəfə Avropa çempionu titulunu qazanıb.