Samtredia-Lançxuti-Qriqoleti yolunun bəzi hissələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Samtredia-Lançxuti-Qriqoleti yolunun bəzi hissələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Beynəlxalq əhəmiyyətli Samtredia-Lançxuti-Qriqoleti avtomobil yolunun 40-cı və 56-cı kilometrlərində yağan güclü yağışla əlaqədar Les çayının daşması nəticəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib,  bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

“Sözügedən hissədə suyun səviyyəsi enən kimi dərhal təmizləmə işlərinə başlanacaq ki, nəqliyyatın hərəkəti ən qısa müddətdə bərpa olunsun.

“Hərəkət qadağası müddətində avtomobillər beynəlxalq əhəmiyyətli Senaki-Poti-Sarpi avtomobil yolunda hərəkət edəcəklər”, – məlumatda deyilir.