Samqori rayonunda Riqa parkı yaxınlığındakı bulvarın reabilitasiyasının ikinci mərhələsinin işlərinə başlanılıb
Samqori rayonunda Riqa parkı yaxınlığındakı bulvarın reabilitasiyasının ikinci mərhələsinin işlərinə başlanılıb

 

Tbilisi meriyasının Ətraf Mühitin Mühafizəsi Xidməti Samqori rayonunda Riqa parkı yaxınlığındakı bulvarın reabilitasiyasının ikinci mərhələsinin işlərinə başlayıb.

Tbilisi meriyasından verilən məlumata görə, sözü gedən layihə çərçivəsində iki hektar ərazidə uşaq və idman meydançalarının, bağ mebellərinin, içməli su fəvvarələrinin, çardaqların, piyada cığırlarının, işıqlandırma, videomüşahidə və suvarma sistemlərinin təşkili nəzərdə tutulub.

“Ərazidə əlavə yaşıllıq sahələri təşkil olunacaq, çoxillik bitkilər əkiləcək, ot səpiləcək. Bu işlərin tamamlanması 2022-ci ilin sentyabr ayına planlaşdırılır və onun təxmini dəyəri 3 milyon laridir.

Riqa parkının abadlaşdırılması ötən ilin sentyabrında başa çatıb. Həmçinin yuxarıda adı çəkilən bulvar da qismən bərpa edilib, abadlaşdırma prosesinin ikinci mərhələsinin 2022-ci ilə planlaşdırıldığı bildirilib”-deyə məlumatda qeyd olunub.