Samqori rayon seçki komisiyasının yanında keçirilən aksiyada bir nəfər həbs edildi

Samqori rayon seçki komisiyasının yanında keçirilən aksiyada “Milli Hərəkatın” siyasi şurasının üzvü Beso Qazdeliani həbs edildi.

Beso Qazdeliani komisiyanın yanında stikerlər yapışdırmağa çalışırdı və hüquqmühafizəçilər tərəfindən verilən xəbərdarlıqlara rəğmən, stiker yapışdırmğa davam edirdi.

Hazırda hadisə yerində sakitlikdir, ancaq hüquqmühafizəçilər orada səfərbər olunublar.

Samqori seçki komisiyasında seçki aktlarının son hesablanması keçirilir.