Sameqrelo-Zemo Svaneti regionunda koronavirusun 377 yeni halı qeydə alındı
Sameqrelo-Zemo Svaneti regionunda koronavirusun 377 yeni halı qeydə alındı

Sameqrelo-Zemo Svaneti regionunda koronavirusun 377 yeni halı qeydə alındı, 90 nəfər sağaldı və beş nəfər vəfat etdi.

İctimai Sağlamlıq Mərkəzinin məlumatına görə, bu vaxt üçün regionun beş covid-mərkəzində 251 pasient müalicəyə davam edir.

Ruxi Respublika Xəstəxanasında – 143 covid-pasient qalır. Onlardan 13-nün vəziyyəti ağırdır və reanimasiya bölməsinə yerləşdiriliblər.

70 pasientin vəziyyəti isə, orta ağırlıqdadır, ancaq hamısının oksigenə ehtiyyacı var.

Senakinin “Senamed” klinikasında 40 covid-pasient var və beşinin vəziyyəti ağırdır.

Poti klinikasında 41 covid-pasient müalicə olunur və onlardan 11 nəfərin vəziyyəti ağırdır.

Zuqdidi federal hospitalında 30 pasient müəlicəyə davam edir.

Abaşanın “Eveks” klinikasında 27 covid-pasient müalicə olunur.

Bu haqda məlumatı bölqə administrasiyası yayır.