Sameqrelo-Zemo Svaneti bölgəsində 54 nəfərin koronavirusa yoluxması təsdiqlənməyib
Sameqrelo-Zemo Svaneti bölgəsində 54 nəfərin koronavirusa yoluxması təsdiqlənməyib

 

Zuqdidinin İctimai Səhiyyə Mərkəzindən verilən məlumata görə,Zuqdidinin YXX-nın laboratoriyasında bu gün koronavirus ilə əlaqədar 50-dən artıq insanın bioloji nümunəsi tədqiq olunub.Tədqiq olunası şəxslər arasında 22 nəfər Hərarət Mərkəzinin pasiyenti olub,onlardan biri yoluxmuş yük avtomobili sürücüsünün kontaktıdır,onun üzərində aralıq testi aparılıb.20-si  regionun tibb işçisidir,4-ü özünü təcrid etmiş şəxsin nümunəsi olub və 10-u isə karantin məkanından olub.

 Zuqdidinin İctimai Səhiyyə Mərkəzindən verilən məlumata görə, 54 nümunənin cavabı mənfidir.Ruxi xəstəxanasında  Covid-ə yoluxmuş  pasiyentin aralıq testinin  cavabı yenə də müsbətdir və onun müalicəsi davam etdirilir. Məhz bəhsi keçən şəxs  yük avtomobili klasterinə aiddir. Koronaviruslu ikinci pasiyentin nəzarət testinin cavabı mənfidir,lakin onun sağalmasını təsdiqləmək  üçün tədqiqat ikinci dəfə aparılmalıdır.

 

 

Hazırladı-Sevinc Mustafayeva