Sameba Katedralında II İliyanın (patriarxlıq) taxtına çıxmasının 44-cü ildönümü ilə əlaqədar bayram ayinləri keçirilir

 

Ümumi Gürcüstanın katolikos-patriarxı II İliyanın taxta çıxmasından 44 il ötür.

Sameba Katedralında bu tarixə həsr olunmuş təntənəli liturgiya keçirilir, liturgiyanı Sinod üzvləri və din xadimləri ilə birlikdə Meupe Daniel icra edir.

Patriarxın özü bu gün Sameba Katedralındakı ayinlərdə iştirak etmir. Patriarxlığın mətbuat xidmətindən verilən məlumata görə, pandemiya ilə əlaqədar Patriarxlıqda qonaqların qəbulu nəzərdə tutulmayıb.

Məhz Svetitsxoveli məbədində 1977-ci ilin dekabr ayının 25-də Tsxum-Abxaziyanın o vaxtkı mitropoliti Ümumi Gürcüstanın katolikos-patriarxı olaraq təqdis edildi.

II İliyanı Gürcüstan Ortodoks Kilsəsinin XII Kilsə Yığıncağında gizli səsvermə yolu ilə katolikos-patriarx seçdilər. O, 44 yaşında patriarxlıq taxtına çıxdı.