Şalva Papuaşvili Yaponiyanın TEPCO şirkətinin xarici biznes üzrə idarəedici direktoru ilə görüşüb
Şalva Papuaşvili Yaponiyanın TEPCO şirkətinin xarici biznes üzrə idarəedici direktoru ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Yaponiyanın TEPCO şirkətinin direktorlar şurasının üzvü, xarici biznes üzrə idarəedici direktoru Masaki Honda ilə görüşüb.

Şalva Papuaşvili Yaponiyanın Gürcüstana ilk ən böyük sərmayəsini təmsil edən TEPCO qrupunun üzvü olan “TEPCO Renewable Power” tərəfindən Gürcüstanın “Dariali Energy” şirkətində 31,4% hissənin satın alınmasını alqışlayıb.

Masaki Honda şirkətin Gürcüstandakı fəaliyyətinin əsas istiqamətləri haqqında danışıb. Yaponiya tərəfi qeyd edib ki, bərpa olunan enerji mənbələri, tənzimləyici mühit və ölkənin coğrafi mövqeyinə görə Gürcüstan xarici investorlar üçün əlverişli yerdir.

Tərəflər, həmçinin bərpa olunan enerjinin inkişafı da daxil olmaqla, birgə layihələrin mümkün istiqamətlərini müzakirə ediblər.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.