Şalva Papuaşvili - "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin zərər vurduğu yeganə şey çirkli puldur
Şalva Papuaşvili - "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin zərər vurduğu yeganə şey çirkli puldur

 
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin zərər vurduğu yeganə şey çirkli puldur-bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşvilinin sözlərinə əsasən, görünür bu pulların gizlin qalması üçün o qədər böyük istək var ki, müxtəlif qruplar hər yola əl atırlar.

“Bu pulun gizlin qalması üçün müxtəlif qruplar tərəfindən nifrət, zorakılığa təhrik kampaniyasına şahid oluruq. Harada çirkli pul varsa, o açıqlanmalıdır. Məsələn, məlum oldu ki, “Droa”nı Avropa İttifaqı EED vasitəsilə maliyyələşdirib və bundan heç kimin xəbəri olmayıb, heç yerdə görünmürdü. İctimaiyyətdən gizlədilib və biz təsadüfən öyrəndik. Məsələn, “Molotov kokteyli”nin romantikləşdirilməsi kampaniyasının Avropa İttifaqı və ABŞ tərəfindən maliyyələşdirildiyini, NED və EED vasitəsilə isə “Utanc”ı maliyyələşdirdiyini təsadüfən öyrəndik. Ona görə də bütün bunları ictimaiyyət bilməlidir. Bu maliyyənin yaxşı və ya pis, dost və ya qeyri-dost olmasına dair özləri nəticə çıxaracaqlar. Fikrimcə, “Molotov kokteyli”ni romantikləşdirmək, bu məsələni və bu kimi təşkilatları maliyyələşdirmək qeyri-dost davranışdır. Biz hamımız bilməliyik və sonra bunun əsasında söhbətimiz olacaq” – Şalva Papuaşvili açıqlayıb.