Şalva Papuaşvili - Təhlükəsiz mühiti qorumaq üçün istənilən xarici təsir şəffaf olmalıdır
Şalva Papuaşvili - Təhlükəsiz mühiti qorumaq üçün istənilən xarici təsir şəffaf olmalıdır

 
Avropa İttifaqına üzv dövlətləri xarici təsirin şəffaflığını təmin etməyə məcbur edəcək vahid direktiv hazırlanır. Gürcüstan məhz bu prosesin bir hissəsidir – bu haqda Gürcüstanın Parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

Papuaşvili bildirib ki, təhlükəsiz mühiti qorumaq üçün istənilən xarici təsir şəffaf olmalıdır.

“Mən başqa vaxtlarda da demişəm ki, təəssüf ki, bəzi siyasətçilərin Gürcüstana münasibəti təkəbbürlüdür. Avropa İttifaqı və ya Avropa ölkələri üçün məqbul olan nə üçün Gürcüstan üçün məqbul olmamalıdır ? Məyusedici münasibət göstərir ki, başqalarının haqqı var və bizə bu haqq tanınmır. Digər tərəfdən, xarici təsirin məhdudlaşdırılmasının zəruriliyini göstərir. Siyasi proseslərə müdaxilə olanda müəyyən dərəcədə şəffaflıq olmalıdır və zərərli müdaxilə məhdudlaşdırılmalıdır.

Xanım fon der Laienin özü də Avropa Komissiyasının Prezidentidir və Avropa İttifaqında xarici təsirin şəffaflığı məsələlərina şamil edilən direktiv Avropa Komissiyasının təşəbbüsüdür. Görəndə ki, Avropa İttifaqında direktiv hazırlanır, Fransa, İngiltərə qanun qəbul edir, Amerikada fəaliyyət göstərir, bütün ölkələr bu barədə düşünür. Bu, müəyyən dərəcədə Gürcüstana qarşı ikiüzlü münasibətdən xəbər verir. Məhz bir çox ölkənin düşündüyünə görə, Avropa İttifaqına üzv dövlətləri xarici təsirin şəffaflığını təmin etməyə məcbur edəcək vahid direktiv hazırlanır. Gürcüstan məhz bu prosesin bir hissəsidir. Ətrafda gedən prosesləri görürsünüz, faktiki olaraq Gürcüstan od qövsünün içindədir. Gürcüstanda təhlükəsiz mühiti qorumaq üçün istənilən xarici təsir gürcü xalqı üçün şəffaf olmalıdır ki, zərərli təsirlər istisna edilsin” – Papuaşvili bildirib.