Katolikos-patriarx parlamentin yeni seçilmiş sədrinə xeyir-dua verib – bu barədə Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayır.
“Bu gün, 2021-ci ilin dekabr ayının 29-da, Ümumi Gürcüstanın katolikos-patriarxı, II İliya Gürcüstan parlamentinin yeni seçilmiş sədri, cənab Şalva Papuaşviliyə xeyir-dua verib və ona ikona təqdim edib.
Parlamentin sədri həyat yoldaşı və qızı ilə birlikdə katolikos-patriarxı ziyarət edib” – deyə Patriarxlıqdan bildiriblər.