Şalva Papuaşvili - Müxalifət "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi" haqqında konstitusiya layihəsi ilə bağlı mövqeyini bildirməli olacaq, səsvermə onların zalda olacağı vaxta qədər təxirə salınacaq
Mayın 17-də ümumxalq referendumu bütövlükdə Gürcüstanda keçirildi, bir milyon Gürcüstan vətəndaşı küçəyə çıxmaqla bu paketi dəstəklədiyini və parlamentin onların səsini qanuna çevirməsi tələbini təsdiqlədi- bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketinin səsverməsi zamanı deyib.
Papuaşvilinin qeyd etdiyi kimi, Gürcüstan Parlamenti qanun layihəsini birinci oxunuşda dəstəkləyib, lakin konstitusiya qanun layihəsinin qəbulu üçün parlamentin səslərinin sayının dörddə üçü tələb olunur.
Papuaşvilinin izahına əsasən, bu səbəbdən səsvermə müxalifətin zalda olacağı vaxta qədər təxirə salınacaq.
“Mayın 17-də ümumxalq referendumu bütövlükdə Gürcüstanda keçirildi, bir milyon Gürcüstan vətəndaşı küçəyə çıxmaqla bu paketi dəstəklədiyini və parlamentin onların səsini qanuna çevirməsi tələbini təsdiqlədi. Bu gün parlament buna doğru ilk addımı atdı və biz bu paketi birinci oxunuşda qəbul etdik. Bundan başqa, biz konstitusiya qanun layihəsini müzakirə etdik. Bilirsiniz ki, Konstitusiya Qanununun qəbul edilməsi üçün səslərin sayının dörddə üçü tələb olunur. Müxalifət zalda yoxdur. Bu səbəbdən bu səsverməni müxalifətin zalda olacağı və konstitusiya layihəsi ilə bağlı qərar verməli olacaqları növbəti vaxta qədər təxirə salacağam. Onlar öz mövqelərini bildirmək məsuliyyətindən qaça bilməzlər, cəmiyyət qarşısında bu mövqeyi bildirməli olacaqlar. Beləliklə, bu səsvermə müxalifəti zalda gördüyümüz vaxta qədər təxirə salınacaq”- deyə parlamentin sədri Şalva Papuaşvili açıqlayıb.