Şalva Papuaşvili Hubert Knirş ilə görüşüb
Şalva Papuaşvili Hubert Knirş ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş ilə görüşüb.

Almaniya səfiri Şalva Papuaşvilini parlamentin sədri seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb və sıx əməkdaşlıq istəyini dilə gətirib.

Şalva Papuaşvili səfirə parlamentin sədri olaraq planları barədə məlumat verib.

Görüşdə iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətləri, gələcək əməkdaşlığın prioritet istiqamətləri və Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi müzakirə edilib. Ölkədə baş verən hadisələrə və parlament gündəliyinə də toxunulub.

Bununla yanaşı, tərəflər 2022-ci il aprelin 13-də iki ölkə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümünün qeyd olunacağını vurğulayıblar.

Şalva Papuaşvili Almaniyanın Gürcüstana demokratik islahatların həyata keçirilməsinə və ölkənin Avro-Atlantik istəklərinə verdiyi dəstəyə, ölkənin inkişafına verdiyi müstəsna töhfəyə və fəal əməkdaşlığa görə səfirə təşəkkür edib.

Məlumatı Gürcüstan Parlamentinin Mətbuat Xidməti yayır.