Şalva Papuaşvili - Cim O`Brayenlə görüşdə ABŞ-Gürcüstan münasibətlərinin dinamikasından danışdıq, eləcə də şəffaflıq haqqında qanunu müzakirə etdik və bir-birimizlə mövqelərimizi bölüşdük
Şalva Papuaşvili - Cim O`Brayenlə görüşdə ABŞ-Gürcüstan münasibətlərinin dinamikasından danışdıq, eləcə də şəffaflıq haqqında qanunu müzakirə etdik və bir-birimizlə mövqelərimizi bölüşdük

 
Gürcüstanın Parlamentinin sədri Şalva Papuaşvili Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisi Cim O`Brayenlə görüşdüyünü bildirib.

Papuaşvilinin “Facebook” səhifəsində yazdığı kimi, görüşdə xarici təsirin şəffaflığı haqqında qanun da daxil olmaqla müxtəlif məsələləri müzakirə ediblər.

“Amerika Birləşmiş Ştatlarının dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayenlə səmimi söhbətim oldu. ABŞ-Gürcüstan münasibətlərinin dinamikası, Gürcüstanda və regionda cərəyan edən son hadisələrdən danışdıq. Həmçinin, xarici təsirin şəffaflığı haqqında qanunu müzakirə etdik və bununla bağlı bir-birimizlə mövqelərimizi bölüşdük” – Şalva Papuaşvili yazır.