Şalva Papuaşvili Azərbaycanın xarici işlər naziri ilə görüşdü
Şalva Papuaşvili Azərbaycanın xarici işlər naziri ilə görüşdü

 
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşdü.

Xarici işlər naziri gürcü tərəfini Avropa çempionatında qrup mərhələsinin üçüncü oyununda əldə edilmiş qələbə münasibətilə təbrik etdi və Gürcüstanın Azərbaycanda çoxlu tərəfdarının olduğunu qeyd etdi.

“Tərəflər Gürcüstan və Azərbaycan arasında möhkəm dostluq əlaqələrini vurğuladılar və iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafına hazır olduqlarını təsdiq etdilər.

Tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə etdilər. Həmçinin, enerji resurslarının nəqli üçün sürətli və etibarlı marşrut kimi Orta Dəhlizin artan əhəmiyyətinə diqqət yetirilib. Görüşdə nəqliyyat və enerji layihələrindən danışıblar. Qara dəniz sualtı kabel layihəsi vurğulanıb.

Görüşdə regional sülhün əhəmiyyəti qeyd edildi. Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı davam edən danışıqlara toxunulub” – Gürcüstan Parlamentinin məlumatında qeyd olunub.

Şalva Papuaşvili, Gürcüstanın regional sabitliyi və sülhü, o cümlədən parlament diplomatiyası çərçivəsində dəstəkləməyə hər zaman hazır olduğunu bildirib.

Görüşdə parlament sədrinin müavini Arçil Talakvadze, parlamentin üzvləri: Nikoloz Samxaradze, Mariam Laşxi, Savalan Mirzoyev, Zaur Darğallı və Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze iştirak edirdilər.