Şalva Papuaşvili - Avropa çempionatına vəsiqə qazandıqdan sonra indi artıq 1/8 finaldayıq, bu da bir çox nəsillərin arzusu idi, dünən oğlanlarımız, məşqçi, bütün komanda, federasiya bu arzumuzu reallaşdırdı
Şalva Papuaşvili - Avropa çempionatına vəsiqə qazandıqdan sonra indi artıq 1/8 finaldayıq, bu da bir çox nəsillərin arzusu idi, dünən oğlanlarımız, məşqçi, bütün komanda, federasiya bu arzumuzu reallaşdırdı

 
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa çempionatında əldə edilən uğura görə Gürcüstanın futbol komandasına, Futbol Federasiyasına təşəkkür edib və 1/8 finala yüksəlməklə daha bir arzunun reallaşdığını qeyd edib.

“Oğlanlarımız dünən bizə həqiqətən unudulmaz bir axşam hədiyyə etdilər, bizim daha bir arzumuz reallaşdı. Avropa çempionatına vəsiqə qazandıqdan sonra indi artıq 1/8 finaldayıq, bu da bir çox nəsillərin, həm oyunçuların, həm də azarkeşlərin arzusu idi. Oğlanlarımız, məşqçi, bütün komanda, federasiya bu arzumuzu reallaşdırdı. Levan Kobiaşvilinin bizim həmkarımız, bu çağırış parlamentin üzvü olması xüsusilə qürurvericidir, həmkarımız kimi ona xüsusi təşəkkürümü bildirirəm. Bir daha oğlanlarımıza minnətdarıq, onlara növbəti qələbələr arzulayırıq. Bu arzuları reallaşdırdıqları kimi, sonrakı arzular da reallaşmalı və biz artıq sonrakı mərhələlərə də keçməliyik. Oğlanlarımızı bir daha təbrik edək, buna görə onlara təşəkkürlər. İlk növbədə, bütün ölkəni, o cümlədən oğlanlarımızı inandıran atmosferi və bizə qələbəni gətirən auranı yaradan gürcü xalqına, azarkeşlərimizə təşəkkürlər”- deyə Şalva Papuaşvili parlamentin plenar iclası başlamazdan əvvəl deyib.

Gürcüstanın milli komandası Avropa çempionatının qrup mərhələsinin son oyununda Portuqaliyaya 2:0 hesabı ilə qalib gəldi və Avropa çempionatında 1/8 finala yüksəldi.