Şalva Papuaşvili -Aksiyaya böyüklü-kiçikli, eləcə də dövlət qulluqçusu və iş insanı dəvət olunub, fikrimcə, bu, bütün vətəndaşlar üçün həlledici sözün deyilməli olduğu mühüm andır
Şalva Papuaşvili -Aksiyaya böyüklü-kiçikli, eləcə də dövlət qulluqçusu və iş insanı dəvət olunub, fikrimcə, bu, bütün vətəndaşlar üçün həlledici sözün deyilməli olduğu mühüm andır

 
29 aprel aksiyası gürcü cəmiyyətinin öz mövqeyini hamıya – daxildə də, xaricdə də bildirməsi, gürcü cəmiyyətinin harada olduğunu, ölkənin suverenliyinin onun üçün önəmli olub-olmadığını bildirməsi üçün vacibdir- bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşvilinin regional media nümayəndələri ilə söhbəti zamanı dediyi kimi, hamı öz mövqeyini bildirmək üçün aksiyaya dəvət olunub.

“Buraya hamı-böyüklü-kiçikli, qadın-kişi, dövlət qulluqçusu və iş insanı dəvət olunub. Fikrimcə, bu, Gürcüstanın bütün vətəndaşları üçün ölkəmizlə bağlı həlledici sözün deyilməli olduğu mühüm andır.
Şəffaflıq qanunu da ölkəmizin milli inkişaf üçün bir daha aşması və onun üçün arqumentsiz diktə edilənin yox, ölkənin maraqlarının həlledici olduğunu deməsi üçün önəmli olan bir növ rubikondur”-Papuaşvili bildirib.