Salome Zurabişvilinin inauqurasiyasında 50-dən artıq ölkənin 150-yə qədər nümayəndəsi iştirak edəcək
Salome Zurabişvilinin inauqurasiyasında 50-dən artıq ölkənin 150-yə qədər nümayəndəsi iştirak edəcək

Gürcüstanın 5-ci prezidentinin unauqurasiya mərasimində 50-dən artıq ölkənin 150-yə qədər nümayəndəsi iştirak edəcək, – bu barədə bəyanatı Xarici İşlər Nazirinin müavini Xatuna Totladze verdi.

Onun dediyinə görə, and içmə mərasimində 16 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcəklər.

Nazir müavininin dediyinə görə, inauqurasiya mərasiminə gələn qonaqlar həmçinin icraçı və qanunverici iqtidar nümayəndələri ilə görüşlər keçirəcəklər.

Prezidentin inauqurasiyası dekabrın 16-da keçiriləcək.