Salome Zurabişvili və Vladimer Zelenski arasında telefon söhbəti aparıldı
Salome Zurabişvili və Vladimer Zelenski arasında telefon söhbəti aparıldı

Gürcüstan prezidenti Salome Zurabişvili və Ukrayna prezidenti Vladimer Zelenski arasında telefon söhbəti aparıldı.

Bu haqda məlumatı prezident administrasiyası yayır.

Administrasiyanın məlumatına görə, Gürcüstan prezidenti Rusiya-Ukrayna sərhədində yaranan vəziyyətlə bağlı böyük narahatçılığını və Ukraynaya həmrəy olduğunu bildirib.

“Söhbət zamanı Salome Zurabişvili vurğuladı ki, Ukrayna provokasiyalara qarşı ehtiyyatlı olmalıdır və qeyd etdi ki, Gürcüstan və Ukraynanın yeganə təhlukəsizlik yolu avro-atlantik inteqrasiyadır.

Hər iki ölkənin prezidentləri xüsusi ilə vurğuladılar ki, Qara Dənizin təhlükəsizliyi çox əhəmiyyətlidir və bu istiqamətdə, NATO və Avropa İttifaqı ilə yüksək səviyyəli görüşlərdə Gürcüstan və Ukraynanın birgə məqsədləri mütləq təqdim edilməlidir.

Tərəflər razılaşdılar ki, qeyd olunan məsələ ilə bağlı Gürcüstan prezidentinin Ukraynaya rəsmi səfəri zamanı müzakirə aparılacaq”, – deyilir administrasiyanın məlumatında.