Salome Zurabişvili və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon söhbəti baş tutdu

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon söhbəti baş tutdu

Birinci Kanala Salome Zurabişvilinin qərargahından bildirdiklərinə görə, söhbət zamanı ABŞ-ın dövlət katibi Salome Zurabiışvilini seçkilərdə qələbəsi münasibəti ilə təbirk etdi, dövlət işində uğurlar arzuladı və ümidvar olduğunu bildirdi ki, yeni seçilmiş prezidentin yaxın gələcəkdə ABŞ-a səfəri baş tutacaq.

Elə həmin məlumata görə, Mayk Pompeo Salome Zurabişvili ilə söhbət zamanı bir daha qeyd etdi ki, ABŞ Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.