Salome Zurabişvili - ümid edirəm ki, ölkədə nifrətin dövrü sona yetdi
Salome Zurabişvili - ümid edirəm ki, ölkədə nifrətin dövrü sona yetdi

Prezidentliyə müstəqil namizəd, Salome Zurabişvili prezident seçkilərində seçimini etdi.

Salome Zurabişvili Krtsanisi dairəsinin, 3-cü seçki məntəqəsinə uşağı ilə birlikdə getdi.

Zurabişvilinin bəyan etdiyinə görə, o, birləmiş, ədalətli və demokratik Gürcüstana səs verdi.

“Ümid edirəm ki, ölkədə nifrətin dövrü sona yetdi”, – Zurabişvili bəyan etdi.

Gürcüstanda prezident seçkiləri keçirilir. Ölkə əhalisi sıra ilə beşinci prezidenti, altı il müddətinə seçir.