Salome Zurabişvili televiziya reklamına milyon laridən artıq xərclədi
Salome Zurabişvili televiziya reklamına milyon laridən artıq xərclədi

3-16 oktyabrda televiziya reklamlarına pulu yalnız prezidentliyə müstəqil namizəd, Salome Zurabişvili xərclədi. Seçki dövrü bəyannamələr Dövlət Audit Xidmətinin vebsəhifəsində dərc olunub.

Zurabişvilinin kampaniyasının ümumi reklam xərci 1 929 613 larini təşkil etdi. Buradan televiziya reklamına 1 186 207 lari xərcləndi.

Salome Zurabişvili “İmedi” efirində yerləşdirilən reklama 615 662 lari, “Rustavi2” efirində 215 min lari, “Pirveli” telkanalında isə, 191 min lari xərclədi. Geridə qalan məbləğ bölgə televziyalarına istifadə olundu.

Tele efirdə Zurabişvilinin pullu siyasi reklamı məhz elə hesabat dövründə göründü.

Audit Xidmətinin göstəricilərinə görə, 12 sentyabrdan 2 oktyabra qədər televiziya reklamına pulu (200 min lari) yalnız “Milli Hərəkat” xərclədi.