Salome Zurabişvili - Pandemiyaya baxmayaraq, MSK nümunəvi və demokratik seçkilər keçirməyi bacardı
Gürcüstan prezidenti Salome Zurabişvili Mərkəzi Seçki Komisiyasının sədri Tamar Jvaniya ilə görüşdü.
Prezident administrasiyasının məlumatına görə, görüş zamanı MSK sədri prezidentə 2020-i ilin parlament seçkiləri ilə bağlı ətraflı məlumat verdi.
“Prezident isə, öz növbəsində, Tamar Jvaniyaya və seçki administrasiyasına öz hörmətini bildirdi və pandemiyaya baxmayaraq, nümunəvi və demokratik seçkilər təşkil edə bildiklərinə görə, təşəkkür etdi.
Görüş zamanı həmçinin, missiyalar və beynəlxalq dotluq tərəfindən seçkilərin ilkin müsbət dəyərləndirmələri də xüsusi ilə vurğulandı.
Prezident qeyd etdi ki, demokratik ölkədə əsas müstəqil institut olan seçki administrasiyasına və onun sədrinə qarşı, təhdid, təhqir və təzyiq qeyri-məqbuldur” – deyilir prezident administrasiyası tərəfindən yayılan məlumatda.