Salome Zurabişvili Nikos Kristodulidisi Kiprin Prezidenti seçilməsi münasibətilə təbrik edir
Salome Zurabişvili Nikos Kristodulidisi Kiprin Prezidenti seçilməsi münasibətilə təbrik edir

 

Gürcüstan Prezidenti Salome Zurabişvili Nikos Kristodulidisi Kiprin Prezidenti seçilməsi münasibətilə təbrik edir.

Salome Zurabişvilinin sosial şəbəkədə yazdığı kimi, iki ölkə arasında əməkdaşlığı gücləndirmək üçün Kiprin yeni prezidenti ilə işləməyi gözləyir.

“Nikos Kristodulidis, Kiprin Prezidenti seçilməyiniz münasibətilə sizi təbrik edirəm! Avropa ailəsinə yönəlik (irəliləyən) ölkələrimizin ortaq keçmişi, ortaq dəyərləri var. Xalqlarımız arasında əməkdaşlığın və əlaqələrin daha da möhkəm və dərinləşməsi üçün sizinlə birlikdə işləməyi gözləyirəm. Mən Nikos Anastasiadesə Gürcüstan və Kipr arasında tərəfdaşlığın dərinləşdirilməsi səylərinə və Avropa yolumuzda Gürcüstana daimi dəstəyinə görə təşəkkür edirəm”- deyə Salome Zurabişvili “Twitter”də yazır.