Salome Zurabişvili - Gürcüstan üçün müasir yunan mədəniyyətinin daim yenilənmək qabiliyyəti ilə ən böyük mədəni irsin ağırlığının öhdəsindən gəlməsi ilhamvericidir
Salome Zurabişvili - Gürcüstan üçün müasir yunan mədəniyyətinin daim yenilənmək qabiliyyəti ilə ən böyük mədəni irsin ağırlığının öhdəsindən gəlməsi ilhamvericidir

 
Gürcüstan prezidenti Salome Zurabişvili Orbeliani iqamətgahında müasir yunan ədəbiyyatının klassiki, yazıçı Dimitri Dimitriadis və rejissor Mixeil Marmarinosu qəbul edib.

Yunan yazıçı və dramaturqları Gürcüstanla Yunanıstan arasında 30 illik diplomatik münasibətlərin qeyd olunması üçün bu il Yunanıstanın müasir dramaturgiyasına və teatrına həsr olunmuş “Saçukari” beynəlxalq incəsənət festivalı çərçivəsində Gürcüstandadırlar.

Dimitri Dimitriadis prezidentə Tatia Mtvarelidzenin gürcü dilinə tərcümə etdiyi “Mən ölkə kimi ölürəm” əsərini təqdim edib.

“Gürcüstan üçün müasir yunan ədəbiyyatının klassikinə ev sahibliyi etmək böyük şərəfdir. Mən şadam ki, Gürcüstanla bu yaradıcılıq əlaqələri davam edəcək və daha da inkişaf edəcək”- deyə Gürcüstan prezidenti bildirib.

Festivalın direktoru və rejissor Keti Dolidze prezidentə gələn ilki festivalın planları barədə məlumat verib və qeyd edib ki, festivalın miqyası bu il onun keyfiyyətinə təsir etməyib.

Prezident bildirib ki, Gürcüstan üçün əlaqəli mədəniyyət kimi müasir yunan mədəniyyətinin daim yenilənmək və yaradıcılıq enerjisini yaratmaq vasitəsilə ən böyük mədəni irsin ağırlığının öhdəsindən gəlmək bacarığı ilhamvericidir.

Mixeil Marmarinos Gürcüstan prezidentini Yunanıstanda keçirilən mədəni proqramın açılış mərasimində iştirak etmək üçün Elevsin şəhərinə dəvət edib. Elevsin 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı elan edilib.

Bu barədə məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.