Salome Zurabişvili martın 31-də, Tbilisidə, inşaat obyektində həlak olan vətəndaşların ailələrinə baş sağlığı verdi
Salome Zurabişvili martın 31-də, Tbilisidə, inşaat obyektində həlak olan vətəndaşların ailələrinə baş sağlığı verdi

Gürcüstan prezidenti Salome Zurabişili martın 31-də, Tbilisidə, inşaat obyektində həlak olan vətəndaşların ailələrinə baş sağlığı verdi.

Prezidentin mətbuat katibi Xatia Moistrapişvilinin dediyinə görə, prezident inşaat obyektlərində təhlükəsizlik normalarının və standartlarının pozulduğuna görə narahatçılığını bildirdi.

Mətbuat katibinin dediyinə görə, müvafiq standartların təmin edilməsi, sadəcə inşaat obyektlərində deyil, digər iş yerlərində də zəruridir.

Xatırladaq ki, Tbilisidə, Çavçavadze prospektindəki inşaat obyektlərinin birində, iki fəhlə binadan düşərək həyatını itirdi.