Salome Zurabişvili martın 18-də, "Astrazeneka" vaksinası ilə peyvənd ediləcək
Salome Zurabişvili martın 18-də, "Astrazeneka" vaksinası ilə peyvənd ediləcək

Gürcüstan prezidenti Salome Zurabişvili martın 18-də, koronavirusa qarşı “Astrazeneka” vaksinası ilə peyvənd ediləcək.

Bu haqda məlumatı prezident administrasiyası yayır.

“Prezident məsuliyyətli vəzifədə olan bütün birinci şəxslərə müraciət edir ki, vaksinasiya edilsinlər”, – deyilir prezidentin “Facebook” səhifəsində.