Salome Zurabişvili - çox xoşbəxtəm, lakin MSK-nın nəticələrini hər halda gözləyəcəm
Salome Zurabişvili - çox xoşbəxtəm, lakin MSK-nın nəticələrini hər halda gözləyəcəm

“Gürcü Arzusunun” eqzitpolunun nəticələri inandırıcı qələbənin önşərtidir, lakin MSK-nın nəticələrini hər halda gözləyəcəm, – bu barədə prezdentliyə müstəqil namizəd, Salome Zurabişvili bəyan etdi.

Salome Zurabişvili seçicilərinə təşəkkürünü bildirdi.

“Hamınıza minnətdarlığımı bildirirəm. Bu inandırıcı qələbənin önşərtidir, lakin hələlik MSK-nın nəticəsi yoxdur. Buna görə də, gecəni gözləyəcəm, MSK-nın ilkin nəticələri olana qədər. Seçicilərin nəticəsi, mənim üçün məqbul və inandırıcı olacaq”, – Salome Zurabişvili bəyan etdi.

“Rustavi2” tərəfindən keçirilən eqzitpolun nəticələrinə gəldikdə, Salome Zurabişvili qeyd etdi ki, ikinci tur üçün göstəricilər mövcud deyil.

“Hələlik ikinci turun göstəriciləri yoxdur, çox xoşbəxtəm, lakin MSK-nın nəticələrini hər halda gözləyəcəm”, – Zurabişvili əlavə etdi.

“Gürcü Arzusunun” sifariş etdiyi eqzitpolun nəticələrinə görə, prezident seçkilərində Salome Zurabişvili qalib gəldi.