Salome Zurabişvili - İstanbulda baş verən partlayış məni sarsıtdı, həlak olanların ailələrinə başsağlığı verirəm, prezident Ərdoğan və Türkiyə xalqı ilə həmrəyliyimi ifadə edirəm
Salome Zurabişvili - İstanbulda baş verən partlayış məni sarsıtdı, həlak olanların ailələrinə başsağlığı verirəm, prezident Ərdoğan və Türkiyə xalqı ilə həmrəyliyimi ifadə edirəm

 

İstanbulda baş verən partlayış məni sarsıtdı- bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazır.

“İstanbulda baş verən partlayış məni sarsıtdı. Həlak olanların ailələrinə başsağlığı verirəm, prezident Ərdoğan və Türkiyə xalqı ilə dərin həmrəyliyimi ifadə edirəm” -deyə Salome Zurabişvili “Twitter” səhifəsində yazır.

Partlayış İstanbulun mərkəzində, İstiqlal küçəsində baş verib. Son məlumata görə, partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb. Gürcüstan Xarici İşlər Nazirliyi Baş Konsulluğa Gürcüstan vətəndaşlarının xəsarət alması ilə bağlı bildiriş daxil olmaması barədə məlumat yayır.