Salome Zurabişvili İslandiyanın baş naziri ilə görüşüb
Salome Zurabişvili İslandiyanın baş naziri ilə görüşüb

 

Gürcüstan prezidenti Salome Zurabişvilinin Fransaya işgüzar səfəri davam edir.

Salome Zurabişvili “Dünya Demokratiya Forumu” çərçivəsində İslandiyanın baş naziri Katrin İakobsdotir ilə görüş keçirib. Prezident Administrasiyasından verilən məlumatda görüşdə ikitərəfli münasibətlərin dərinləşdirilməsi məsələlərinin müzakirə edildiyi deyilir.

İdarədən verilən məlumatda, görüş zamanı İslandiyanın baş nazirinin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik çərçivəsində İslandiyanın fəaliyyətinin prioritetlərini : gender bərabərliyi, uşaq hüquqları, iqlim dəyişikliyi məsələsini qeyd etdiyi deyilir.

Salome Zurabişvili gender məsələlərinin Gürcüstan üçün də vacib olduğunu və onun Avropa İttifaqının 12 tövsiyəsinə daxil edildiyini bildirib.

Görüşdə Gürcüstana Avropa perspektivinin verilməsi məsələsi də müzakirə olunub. Salome Zurabişvili Gürcüstan əhalisinin 80 faizinin ölkənin Avropaya inteqrasiyasını dəstəklədiyini və bunun Gürcüstan Konstitusiyasında yazıldığını qeyd edib.

“Regiondakı vəziyyətə və Ukraynada davam edən müharibəyə toxunulub. Prezidentin qeyd etdiyi üzrə, kiçik dövlətlər öz maraqlarını vahid səylə qorumalıdır ki, onların səsi eşidilsin, nəzərə alınsın. Prezident həmçinin, biomüxtəlifliyin qorunmasının vacibliyinə də toxunub – kiçik dövlətlərin bu istiqamətdə əməkdaşlıq etməsi nə qədər vacibdir. Prezident və baş nazir turizm sektorunun inkişafının hər iki ölkə üçün vacibliyini və bu sahədə əməkdaşlığın dərinləşdirilməsi məsələsini vurğulayıblar”- deyə Prezident Administrasiyasında bildiriblər.

Prezident Administrasiyasının məlumatında Salome Zurabişvilinin İslandiyanın baş nazirini onun təşəbbüsü ilə təsis edilən və gələn il ikinci dəfə Tbilisidə keçiriləcək Beynəlxalq Qadınlar Konfransına dəvət etdiyi deyilir.