Salome Zurabişvili inauqurasiyasının Telavidə keçiriləcəyini təsdiqləyir
Salome Zurabişvili inauqurasiyasının Telavidə keçiriləcəyini təsdiqləyir

Gürcüstanın yeni seçilən prezidenti Salome Zurabişvili inauqurasiyasının Telavidə keçiriləcəyini təsdiqləyir.

Bu barədə məlumatı o jurnalistlərə bugün şəxsən verdi.

Onun dediyinə görə, hazırda inauqurasiya mərasiminin detalları haqqında müzakirə aparılır.

Zurabişvili deyir ki, inauqurasiya mərasiminə xarici qonaqlar da dəvət ediliblər.

Gürcüstan prezidentinin inauqurasiyası dekabrın 16-da keçiriləcək.