Salome Zurabişvili - İmazlanan razılaşma daxili siyasətin irəliləyişi üçün çox vacibdir, çünki ictimaiyyət polyarizasiyadan və qarşıdurmadan yorulmuşdu
Salome Zurabişvili - İmazlanan razılaşma daxili siyasətin irəliləyişi üçün çox vacibdir, çünki ictimaiyyət polyarizasiyadan və qarşıdurmadan yorulmuşdu

Gürcüstan prezidenti Salome Zurabişvi Avropa Şurasının prezidenti Şarl Mişelə Gürcüstana göstərdiyi dəstək üçün yenə bir bir daha təşəkkür etdi.

Onun dediyinə görə, razılaşma sənədinə bu gün yeni imzalar əlavə edildi və ümid edir ki, bu prosesidən gələcəkdə gözlənilən tam nəticə alınacaq.

“Cənab prezident, yenə bir daha sizə hörmətimi bildirirəm və bu günə qədər Gürcüstan üçün etdiklərinizə görə, təşəkkür etmək istəyirəm, Bu gün sənədə yeni imzalar əlavə olundu. Bu deməkdir ki, dünən başlayan dinamika davam edir və inanıram ki, gələcəkdə gözlənilən tam nəticə alınacaq. Bu hərkəs üçün və ilk növbədə ölkə üçün qələbədir.

İctimaiyyətimiz həqiqətən də polyarizasiyadan, qarışıqlıqdan və qarşıdurmalardan yorulmuşdu. Ona görə də bu gün ictimaiyyətimiz də dərin nəfəs aldı”, – dedi Salome Zurabişvili Şarl Mişel ilə keçirilən birgə mətbuat konfransında.