Salome Zurabişvili ilə Cim O`Brayen arasında Prezident Administrasiyasında görüş keçirilib
Gürcüstanın Prezidenti ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O’Brayen arasında Prezident Administrasiyasında görüş keçirilib.
Gürcüstanın Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda, Salome Zurabişvili ilə Cim O`Brayen arasında təkbətək görüşün nəzərdə tutulan vaxtdan artıq, bir saat yarım davam etdiyi deyilir.
“Bir saat yarım davam edən təkbətək görüşə görə prezident və ABŞ dövlət katibinin köməkçisinin nümayəndə heyətlərinin müşayiəti ilə planlaşdırılan geniş tərkibdə görüşü ləğv edilib”- məlumatda qeyd olunub.