Salome Zurabişvili - Holokostun dəhşətinə baxmayaraq, 21-ci əsrdə insan yenə də öz fundamental hüquqlarının toxunulmazlığından kifayət qədər qorunmur
Salome Zurabişvili - Holokostun dəhşətinə baxmayaraq, 21-ci əsrdə insan yenə də öz fundamental hüquqlarının toxunulmazlığından kifayət qədər qorunmur

 
Bugünkü gün bütün bəşəriyyət üçün Holokost kimi fəlakətli nəticələrə səbəb ola biləcək qeyri-insani təfəkkürün yüksəlməsinə heç vaxt yol verilməməsinə dair növbəti xəbərdarlıqdır – bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvilinin bəyanatında deyilir.

Prezidentin qeyd etdiyi kimi, XXI əsrdə insan öz fundamental hüquqlarının toxunulmazlığından yenə də kifayət qədər qorunmur.

“Holokost qurbanlarının beynəlxalq anım günü insanların ideoloji degenerasiyasının qurbanı olmuş milyonlarla günahsız qurbanı yada salırıq. Bu gün biz Holokost cinayətlərinin üzə çıxmasından sonra bəşəriyyətin yaşadığı ağrı və utanc hissini yenidən hiss edirik.

Holokostun dəhşətinə baxmayaraq, XXI əsrdə müharibələr və ideoloji fərqliliklər ucbatından təəssüf ki, insan ali dəyər kimi yenə də öz fundamental hüquqlarının toxunulmazlığından kifayət qədər qorunmur.

Bugünkü gün bütün bəşəriyyət üçün Holokost kimi fəlakətli nəticələrə səbəb ola biləcək qeyri-insani təfəkkürün yüksəlməsinə heç vaxt yol verilməməsinə dair növbəti xəbərdarlıqdır” -deyə Zurabişvili qeyd edir.