Salome Zurabişvili - Gürcüstanda və bütün dünyada bu gün Milad bayramını qeyd edən hər kəsi ən böyük xristian bayramı münasibətilə təbrik edirəm
Salome Zurabişvili - Gürcüstanda və bütün dünyada bu gün Milad bayramını qeyd edən hər kəsi ən böyük xristian bayramı münasibətilə təbrik edirəm

 

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanda və bütün dünyada Milad bayramını bu gün qeyd edən xristian kilsələrini və onların möminlərini təbrik edir.

“Bu gün xristian aləminin bir hissəsi Milad bayramını qeyd edir. Gürcüstanda və bütün dünyada Milad bayramını bu gün qeyd edən xristian kilsələrini və onların möminlərini təbrik edirəm.

Dini icmaların çoxəsrlik dinc şəkildə birgəyaşayış ənənəsi ölkəmizin zənginliyi və qürurudur. Qoy bu ənənə ölkəmizdə əbədi yaşasın və müxtəlif inanclara mənsub insanların birgə sülh, sevgi və qarşılıqlı hörmət şəraitində yaşamalarına nümunə olsun.

Bu ümid və sevgi bayramı hər kəsə sülh və rifah, uzun ömür və sağlamlıq gətirsin!”– deyə Gürcüstan prezidentinin təbrikində deyilir.