Prezidentliyə müstəqil namizəd Salome Zurabişvili Gürcüstanın Müdafiyə və Silahlı Qüvvələrini Qiorqoba bayramı ilə təbrik edir və gürcü əsgərinə müraciət edir.
Prezidentliyə namizəd öz müraciətində gürcü əsgərinin qəhramanlığı haqqında danışdı və qeyd etdi ki, ölkənin müstəqilliyinin möhkəmlənməsinə əsgərin qatqısı böyükdür.
Bununla yanaşı, Salome Zurabişvili qeyd etdi ki, əsgər tərəfindən siyasi neytrallığın qorunması dövlətçiliyin gücü və əhəmiyyətidir.
Onun dediyinə görə, ictimaiyyətdə əsgər statusu yüksəldilməlidir və həmçinin müharibə veteranları üçün layiqli şəraitlər yaradılmalıdır.
“Bu gün, Giorqoba bayramında, gürcü əsgərinə müraciət edərək, onlara böyük hörmətimi bildirmək istəyirəm. Müqəddəs Giorgi sizi qorusun” – dedi Salome Zurabişvili.