Salome Zurabişvili Fransada Emmanuel Makron ilə görüşəcək
Salome Zurabişvili Fransada Emmanuel Makron ilə görüşəcək

Fevralın 17-19-da Gürcüstan prezidenti, Salome Zurabişvilinin Fransa Respublikasına işçi səfəri planlaşdırılıb.

Prezidentin mətbuat katibinin, Xatiya Moisrapişvilinin bu gün keçirilən brifinqdə bəyan etdiyinə görə,Gürcüstan prezidenti, Salome Zurabişvili Fransa Respublikası prezidenti, Emmanuel Makron ilə görüşəcək.

Bir neçə görüş planlaşdırılıb. Salome Zurabişvili həmçinin gürcü tələbələri və diaspor nümayəndələri ilə görüşəcək.

Fevralın 20-21-də Gürcüstan prezidenti işçi səfərlə Almaniyaya yola düşəcək.