Salome Zurabişvili fövqəladə vəziyyətin mayın 22-nə qədər uzadılması qərarını imzaladı
Gürcüstan prezidenti Salome Zurabişvili fövqəladə vəziyyətin mayın 22-nə qədər uzadılması qərarını imzaladı.
Fövqəladə vəziyyətin uzadılması ilə bağlı iqtidar prezidentə bu gün müraciət etdi.
Fövqəladə vəziyyətin uzadılması məsələsini parlament sabah fövqəladə iclasda səs verməyə çıxardacaq.
Artıq məlumdur ki, parlament əksəriyyəti fövqəladə vəziyyətin uzadılması qərarını dəstəkləyəcək.