Salome Zurabişvili - Demna Qvasalia, yaradıcı gürcülərin gələcək nəsli üçün nümunədir

 

Demna Qvasalia, yaradıcı gürcülərin gələcək nəsli üçün nümunədir – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili “Twitter” sosial şəbəkəsində yazır.

Salome Zurabişvili qeyd edir ki, Demna Qvasaliaya şərəf medalını təqdim etməsi onun üçün böyük fəxrdir.

“Demna, sizə şərəf medalı vermək mənim üçün böyük fəxrdir. Bu gün Gürcüstan üçün yas günü olan Süxuminin süqutu gününü anırıq, lakin bu mükafatı sizə vermək, hardasa artıq qalib gəldiyimiz mənasına gəlir. Demna Qvasalia, yaradıcı gürcülərin gələcək nəsli üçün nümunədir “- deyə Salome Zurabişvili yazır.

Gürcüstan prezidenti Salome Zurabişvili, moda sahəsindəki uğurlu yaradıcılığına və Gürcüstanın xaricdə populyarlaşdırılmasına verdiyi şəxsi töhfəsinə görə Demna Qvasalianı şərəf medalı ilə təltif etdi.