Salome Zurabişvili bugün parlamentdə məruzə ilə çıxış edəcək
Salome Zurabişvili bugün parlamentdə məruzə ilə çıxış edəcək

Gürcüstan prezidenti salome Zurabişvili bugün parlamentdə məruzə ilə çıxış edəcək.

Prezidentin çıxışı saat 12:00-da başlayacaq.

Prezidentin mətbuat katibi Xatia Moistrapişvilinin bəyanatına görə, Salome Zurabişvili ölkənin inkişafı üçün əsas olan məsələlər, xarici və daxili çağırışlar və ictimaiyyət tərəfindən maraq obyyekti olan məsələlər haqqında danışacaq.

Parlamentin reqlamentinə əsasən, Gürcüstan prezidentinin çıxışından sonra, nə parlament əksəriyyətinə, nə də azlığına aid olmayan fraksiyaların sədrləri çıxış edəcəklər.

Parlamentin yeni reqlamentinə əsasən, prezidentin çıxışından sonra, sual-cavab rejimi nəzərdə tutulmayıb.

“Milli Hərəkatın” üzvlər isə, bəyan edirlər ki, Salome Zurabişvilinin prezident olaraq, legitimliyini qəbul etmirlər və iclasda iştirak etməyəcəklər.