Salome Zurabişvili bu gün saat 20:00-da bəyanat verməyi planlaşdırır
Salome Zurabişvili bu gün saat 20:00-da bəyanat verməyi planlaşdırır

Prezidentliyə müstəqil namizəd, Salome Zurabişvili bu gün bəyanat verməyi planlaşdırır.

“Bu gün axşam saat 8-də mənim bəyanatım birbaşa efirdə”, – bu barədə Salome Zurabişvili öz “feysbuk” səhifsində yazır.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 3705 seçki məntəqəsinin göstəricilərinə əsasən prezident seçkilərində Salome Zurabişvili 615 433 (38.64%) səs, Qriqol Vaşadze isə, 600 970 (37.74%) səs topladı. Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilməlidir.