Salome Zurabişvili - BMT-nin baş katibi Gürcüstan tərəfindən son zamanlar atılan addımlara yüksək qiymət verdi

Hər istiqamətə yönəldilən addımların nəticəsidir ki, bu günə qədər xarici partnyorlarımızdan yüksək qiymətə layiq oluruq, – bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili bugünki parlament iclasında verdi.

Salome Zurabişvili qeyd etdi ki, bu nəticələri o BMT-nin baş katibi Antonio Qutieres ilə dünənki söhbət zamanı gördü.

“BMT-nin baş katibi Gürcüstan tərəfindən son zamanlar atılan addımlara yüksək qiymət verdi. O qeyd etdi ki, irəligörüşlü addımlar və vaxtında görülən tədbirlər Gürcüstanın əldə etdiyi müvəffəqiyyətləri şərtləndirir. Bununla fəxr etməliyik. Ancaq yüksək qiymət almağımıza baxmayaraq, diqqətimizi azaldmamalıyıq və vəziyyəti kontrol altında tutmalıyıq.

Əsas olan odur ki, ağır vəziyyətdə olan pasiyentlərimizin müalicəsi üçün gərəkən şəraitlər mövcud olsun” – dedi Salome Zurabişvili.