Salome Zurabişvili BMT-nin Baş Assambleyasının 74-cü sessiyasının tədbirlərinə bu gündən qoşulacaq
Gürcüstan prezidenti, Salome Zurabişvili Nyu Yorkda BMT-nin Baş Assambleyasının 74-cü sessiyasının tədbirlərinə bu gündən qoşulacaq.
Salome Zurabişvili artıq Amerika Birləşmiş Statlarındadır. BMT tribunasından dünya qarşısında o, sentyabrın 25-də təqdim olunacaq. Debatlar zamanı Gürcüstan prezidenti dünyanın 200-ə qədər liderinə müraciət edəcək. Onun nitqlə çıxışı güman edildiyinə görə, Tbilisi vaxtı ilə saat 20:00-dan saat 21:oo-dək planlaşdırılıb.
Ona qədər Gürcüstan prezidenti xarici həmkarları ilə görüşlər keçirəcək.
Salome Zurabişvili Donald Tramp və onun həyat yoldaşı adına keçirilən rəsmi qəbulda iştirak edəcək.