Salome Zurabişvili BMT Assambleyasının üzvlərinə nitqlə müraciət edəcək
Gürcüstan prezidenti Salome Zurabişvili bu gün BMT-nin Baş Assambleyasının üzvlərinə nitqlə müraciət etdəcək.
Gürcüstan prezidentinin administrasiyasında bəyan edirlər ki, BMT-nin Baş Assambleyasının 74-cü sesiyasında Salome Zurabişvilinin nitqlə çıxışı Tbilisi vaxtı ilə, saat 19:00-20:30-da planlaşdırılıb.
BMT-nin Baş Assambleyasında Salome Zurabişvili nitqlə 100 ölkənin liderinə müraciət edəcək.
Bu il baş assambleyanın əsas mövzuları yoxsulluğun aradan qaldırılması, keyfiyyətli təhsil və iqlim dəyişiklikəri ilə mübarizə üçün müxtəlif tədbirlərin mobilizasiyası olacaq.
Salome Zurabişvili 2013-cü ildən sonra, BMT-nin tribunasında çıxış edən ilk Gürcüstan prezidenti olacaq.