Salome Zurabişvili - Azərbaycan prezidenti ilə razılaşdıq ki, Davit Qareci ilə bağlı komisiyaların işi bərpa olunmalıdırvə bu məsələ dostca başa çatdırılmalıdır
Salome Zurabişvili - Azərbaycan prezidenti ilə razılaşdıq ki, Davit Qareci ilə bağlı komisiyaların işi bərpa olunmalıdırvə bu məsələ dostca başa çatdırılmalıdır

Azərbaycan prezidenti ilə razılaşdııq ki, Davit Qareci məsələsi ilə bağlı işləyən komisiyaların dayandırılmış fəaliyyətləri bərpa olunmalıdır, çünki bu hər iki dövlətin marağıdır və bu məsələ dostca başa çatdırılmalıdır, – bu bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili “İmedi” kanalının efirində, Davit Qareci məsələsini şərhləndirərkən verdi.

Salome Zurabişvilinin dediyinə görə, Sovet dövrüdndə, 70 il ərzində bütün xəritələr Rusiya tərəfindən müəyyən olunan sərhədlərlə tərtib olunurdu. Gürcüstan, Azərbaycan və Ermənistan müstəqil dövlətlər olduqdan sonra isə, qəbul olunan hüquqi qayda ilə, sərhədlərin delimitasiyasında Sovet İttifaqı xəritələrindən istifadə edilməli idi.

“Mən prezident olduğum gündən demişdim ki, sərhədlərimizin delimitasiyası hələ də başa çatdırılmayıb. Məncə delimitasiya olmadan dövlət tam deyil. Bu məsələ ilə bağlı Azərbaycan prezidentinin cavabı belə idi: “Mən də razıyam ki delimitasiya olsun, və 100 öncə deyil, 30 il öncə qaldırılan məsələ həll olunsun” – dedi Salome Zurabişvili.

Salome Zurabişvili bəyan etdi ki, Qareci məsələsinin istintaqı ilə bağlı danışa bilməyəcək, çünki istintaq davam edir.

“Mən sadəcə onu deyə bilərəm ki, mənim nazir olduğum dövrdə, 2005-ci ilin oktyabrına qədər, Davit Qarecinin heç cür Azərbaycanın olduğu hesab edilmirdi. Biz Xarici İşlər Nazirləri olaraq, danışmışdıq ki, bu məsələnin böyük siyahi əhəmiyyəti var və prezidentlər səviyyəsində həll olunmalı idi. Bəzi vətəndaşlarımızın çıxıb da, Davit Qarecinin bizim olmadığını bəyan etdiklərini də heç cür anlaya bilmirəm” – dedi prezident.