Salome Samadaşvili iclas zalından uzaqlaşdırılıb
Salome Samadaşvili iclas zalından uzaqlaşdırılıb

 
Müxalifətçi deputat Salome Samadaşvili iclas zalından uzaqlaşdırılıb. Sözügedən qərarı parlamentin sədri Şalva Papuaşvili verib.

Şalva Papuaşvili Salome Samadaşviliyə bir neçə dəfə xəbərdarlıq edib ki, daxili işlər naziri Vaxtanq Qomelauriyə suallara cavab vermək imkanı versin.

Salome Samadaşvili, Vaxtanq Qomelaurinin aksiya iştirakçıları tərəfindən polislərə qarşı zorakılığın törədildiyini deməsinə etiraz edib.

Tina Bokuçava və Salome Samadaşvilinin etirazına məhz “zorakılıq” sözünün işlədilməsi səbəb olub. Parlamentin sədri tərəfindən Tina Bokuçavaya da xəbərdarlıq edilib.