Sakavre kəndində baş verən yanğının likvidasiya çalışmalarına səhərdən iki helikopter qoşulub

Qori munisipalitetinin Sakavre kəndinin yanında baş verən yanğın lokalizə edilib, ancaq onun tam likvidasiyası üçün artıq üçüncü gündür mübarizə aparılır.

Yanğının likvidasiya çalışmalarına səhərdən iki helikopter qoşulub.

Yanğın iki gün öncə baş verdi. İlkin məlumata görə, 40 hektara yaxın ərazi yanıb.