Sachxeredə dağ hazırlıq kurslarının başa çatması ilə əlaqədar mərasim keçirilib
Sachxeredə dağ hazırlıq kurslarının başa çatması ilə əlaqədar mərasim keçirilib

 

Polkovnik Besik Kutateladze adına Sachxere Dağ Hazırlıq Məktəbində dağ hazırlığı kurslarının qapanış mərasimi keçirilib. Məlumatı Müdafiə Nazirliyi yayır.

Gürcü və əcnəbi iştirakçılar dağ hazırlığının yay aralıq kursunda, taktiki-texniki kursda isə Şərq Komandanlığının 1-ci piyada briqadasının kəşfiyyat bölməsinin iyirmiliyinin hərbi qulluqçuları iştirak ediblər.

Məktəb təlimatçılarının köməyi ilə onlar dağ-texniki təlimdən keçiblər, yüksək dağda atıcılıq texnikasına yiyələniblər. 1-ci piyada briqadasının hərbçiləri dağ elementlərindən istifadə etməklə taktiki əməliyyatlar həyata keçiriblər. Məktəb daha bir kursa ev sahibliyi edib.

Baza kursu çərçivəsində Gürcüstanın Davit Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasının namizədlik kursunun tələbələri dağ texniki hazırlıq çərçivəsində qayayadırmanma, maneə zolağının aşılması, eləcə də xəsarət alanların xilas edilməsi və təxliyyəsinin təşkilini öyrəniblər.

Tədbirin sonunda məzunlara sertifikat və döş nişanları təqdim olunub.